Alanya jurnalistləri Bakıda
24 iyul 2013 11:33 (UTC +04:00)

Alanya jurnalistləri Bakıda

Alanya Qəzetəçilər Cəmiyyətinin üzvləri Bakıdadır. Lent. az-ın məlumatına görə, Azərbaycan Parlament Jurnalistlər Birliyinin dəvəti ilə ölkəmizdə səfərdə olan cəmiyyətin rəhbəri Mehmet Əli Dim və cəmiyyətin  üzvləri  millət vəkili Qənirə Paşayeva  ilə görüşüblər.

Q. Paşayeva cəmiyyətinin üzvlərinə  Azər­baycan-Türkiyə əlaqələrinin bu günü və perspektivləri  barədə fikirlərini bildirib və onlar arasında fikir mübadiləsi aparılıb. Türkiyənin media nümayəndələri səfərdən məmnun olduqlarını və Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini bildiriblər.

Görüşdə Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı və təşkilatın bir sıra üzvləri də iştirak edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar