AMEA prezidenti Akif Əlizadə alimlərin əmək haqqı probleminə toxunub. Lent.az-ın məlumatına görə, AMEA-da gənc alimlərin ümumi yığıncağı zamanı gənc alimlərdən biri əmək haqqı problemi ilə bağlı A. Əlizadəyə sual verib. Akademiya prezidenti bildirib ki, əmək haqqı problemi elmimizin əsas problemlərindəndir. A. Əlizadə vurğulayıb ki, Akademiyada işləyənlərin sayı olduqca çoxdur. “Ancaq burada elmlə məşğul olanların sayı çox deyil. AMEA-nın instututlarında islahatlar aparmaqla əmək haqqı məsələsi öz həlini tapacaq”.
Akif Əlizadə: “Əməkhaqqı elmimizin əsas problemlərindəndir”
912