Akademik Məmməd Arifin yubileyi münasibətilə sərgi keçirilib
16 iyul 2014 20:05 (UTC +04:00)

Akademik Məmməd Arifin yubileyi münasibətilə sərgi keçirilib

 AMEA Mərkəzi Elmi Kitabxanasında akademik Məmməd Arifin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilib. Kitabxanadan APA-ya verilən məlumata görə, sərgidə ədibin həyat və yaradıcılığını əks etdirən ədəbiyyat, kitablar nümayiş olunub.

 

“Əsərləri”, “Redaktoru olduğu əsərlər”, “Tərcümələri” və s. bölmələr üzrə kitablar, o cümlədən M. Arifin haqqında yazılan əsərlər və dövrünü əks etdirən kitablar da nümayiş etdirilib.

 

Nümayiş olunan 200-ə yaxın ədəbiyyat həm ənənəvi, həm də virtual olaraq Azərbaycan, rus, Şərqi və Qərbi Avropa dillərində təqdim olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551

Oxşar yazılar