İqtisad Universitetinin müəllimi Almaniyada dərs deyəcək
02 fevral 2015 10:50 (UTC +04:00)

İqtisad Universitetinin müəllimi Almaniyada dərs deyəcək

Fevralın 2-dən başlayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) müəllimi Anar Rzayev Almaniyanın Zigen Universitetində (Universität Siegen) “Beynəlxalq nəqliyyat əməliyyatları” fənnini tədris edəcək. Ali məktəbdən Lent.az-a verilən məlumata görə, ADİU-nun 5, Zigen Universitetinin isə 13 tələbəsinin iştirak etdiyi intensiv tədris kursunda azərbaycanlı müəllimin tədris edəcəyi fənni tələbələr özü seçib. Dərslər ingilis dilində keçiriləcək və fevralın 6-dək davam edəcək. Həmçinin, tədris prosesinin bir hissəsi kimi alman şirkətlərinə səfərlər də təşkil olunacaq.

Dərsləri uğurla bitirən alman və azərbaycanlı tələbələrə ADİU-nun kreditləri veriləcək, sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, Anar Rzayev Xəzər Universitetin Beynəlxalq münasibətlər və hüquq elmləri fakültəsini fərqlənmə diplomu ilə bitirib. Nyu-Yorkun Sirakuz Universitetində təhsil alıb və orada “Dekanın şərəf siyahısına” daxil edilib. Magistr dərəcəsini isə fərqlənmə diplomu ilə ADİU-da alıb. ADİU-nun İngilis Dilində Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktorudur. Azərbaycan, rus, ingilis və fars dillərini bilir.

ADİU Zigen Universiteti ilə uzun illərdir əməkdaşlıq çərçivəsində tələbə mübadiləsi həyata keçirir, birgə yay və qış məktəbləri təşkil olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152
avatar

Oxşar yazılar