Abituriyentlərin sayı azalıb
12 iyul 2013 13:11 (UTC +04:00)

Abituriyentlərin sayı azalıb

 

 

 

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Azərbaycanda son 3 il üzrə ali məktəblərə sənəd verən abituriyent ərizələrinin müqayisəli təhlili aparılıb. Təhlillər zamanı məlum olub ki, son 3 ildə ali məktəblərə sənəd verən abituriyentlərin sayı təxminən 7 min nəfər azalıb”. Lent.az-ın məlumatına görə, bunu TQDK sədrinin müavini Namiq Babayev keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, I qrupdan başqa digər qruplarda bu azalma müşahidə edilib. N.Babayev qeyd edib ki, I ixtisas qrupu üzrə abituriyentlərin sayı 2011-ci ildə 33 589 idisə, 2013-cü ildə onların sayı 36,877 nəfər olub. Belə ki, ötən müddət ərzində I qrup üzrə sənəd verən abituriyentlərin sayı 10% artıb.
 

II ixtisas qrupu üzrə isə abituriyentlərin sayında 12 % azalma müşahidə edilib. Belə ki, II qrup üzrə 2011-ci ildə abituriyentlərin sayı 26 399 idisə, 2013-cü ildə bu rəqəm 23 054-ə enib.

 

III qrup üzrə də sənəd verən abituriyentlərin sayı azalıb. Abituriyentlərin sayı 2011-ci ildə 32 870 nəfərdən 2013-cü ildə 28 933-ə düşüb. Bu qrup üzrə abituriyentlərin sayında 4 minə yaxın azalma müşahidə edilib. IV qrup üzrə də abituriyentlərin sayı azalıb. Belə ki, 2011-ci ildə bu rəqəm 14 626 olduğu halda, 2013-cü ildə 11 914 nəfər olub.


TQDK sədrinin müavini qeyd edib ki, ali məktəblərə sənəd verən ən çox abituriyent 2009-cu ildə qeydə alınıb, həmin il onların sayı 113 min olub. Onun sözlərinə görə, bu rəqəm 2010-ci ildə 112 min, 2011-ci ildə 107 484, 2012-ci ildə 100 621 olub. Bu il isə ali və orta ixtisas məktəblərinə sənəd verən abituriyentlərin sayı 100 778 nəfərdir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1122

Oxşar yazılar