Abdulla Mehrabov: “Bu, repetitorluğun qarşını müəyyən qədər alacaq”
22 yanvar 2013 13:42 (UTC +04:00)

Abdulla Mehrabov: “Bu, repetitorluğun qarşını müəyyən qədər alacaq”

“Bəzi direktorların işlərinə xəyanətkar münasibəti nəticəsində şagirdlər dərsə gəlmirlər”

 

Azərbaycan prezidenti tərəfindən təsdiq edilən “Azərbaycan 2020gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkəmizdə 2020-ci ilə qədər 12 illik ümumi təhsil sisteminə keçid öz əksini tapıb. Təhsil Problemləri İnstitutunun direktoru, professor Abdulla Mehrabov Lent.az-a açıqlamasında bildirib ki, bu, Azərbaycan təhsilinə müsbət təhsil göstərəcək:Dünyanın bütün aparıcı ölkələrində təhsil 12 illikdir. Belə bir fikir formalaşıb ki, guya orta məktəblərdə yüklənmə çoxdur. Bu həqiqətə uyğun deyil. Bizim apardığımız təhqiqatlar nəticəsində müəyyənləşib ki, ibtidai məktəbdə həftədə tədris yükü 20-25 saat arasında, yuxarı siniflərdə isə 25-29 saat arasında dəyişir. Təhsilin 2020-ci ilə qədər 12 illiyə keçirilməsi çox mütərəqqi bir işdir. Bu, həm siniflərdə tədris yükünü azaldacaq, həm də təhsil 12 illik olanda şagirdlər orta məktəbi 18 yaşlarında bitirəcək. Bu yaşda da insanın bir şəxsiyyət kimi formalaşması daha da inkişaf edir”.

 

A.Mehrabovun sözlərinə görə, tam orta təhsil pilləsində (10-11-ci siniflər) profillər üzrə tədrisin təşkilinə başlanılıb. “10-11-ci siniflərdə təhsil alan elə şagirdlər var ki, bəzi məktəb direktorlarının işlərinə xəyanətkar, pis münasibətinin nəticəsində dərsə gəlmirlər və onlar repititor yanına gedirlər. Profillər üzrə tədrisin aparılması, 12 illik tədrisə keçid repetitorluğun qarşını müəyyən qədər alacaq. Şagirdlər gələcəkdə hansı ixtisasa yiyələnməsini 9-cu sinifdən etibarən müəyyənləşdirir. Tam orta təhsil pilləsində dərslərin profillər üzrə tədrisə olunması şagirdin gələcəkdə seçəcəyi ixtisası dərindən öyrənməsinə səbəb olacaq. Bu da repetitorluğa təsirsiz ötüşməyəcək”-deyə, Təhsil Problemləri İnstitutunun direktoru əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1629

Oxşar yazılar