UNEC-də Gənc Alimlər Məktəbi yaradılacaq
17 mart 2017 11:55 (UTC +04:00)

UNEC-də Gənc Alimlər Məktəbi yaradılacaq

Dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters”in departament direktoru Oleq Utkin və şöbə müdiri Valentin Boqorov UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüb. Lent.az-ın məlumatına görə, “Thomson Reuters”lə universitet arasında gələcək əməkdaşlığın 3 istiqaməti – Beynəlxalq konfransın təşkili, Elmmetrik laboratoriyanın qurulması və Gənc Alimlər Məktəbinin yaradılması görüşün əsas müzakirə mövzusu olub.

 

Bildirilib ki, UNEC və “Thomson Reuters”in birgə təşkilatçılığı ilə may ayında keçiriləcək “Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması modeli: innovativ inkişaf çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans dünyanın nüfuzlu universitetlərinin alimlərini UNEC-də bir araya gətirəcək. Tədbir eyni zamanda ölkədə “Web of Science” platformasına çıxış əldə etməyə dəstək olacaq. Bu isə elmi-tədqiqat işlərinin dünyanın elmi ictimaiyyəti arasında tanıdılmasında mühüm rol oynayacaq. Qeyd edək ki, nüfuzlu dünya universitetlərinin alimlərinin elmi məqalələrinin konfransa təqdim edilməsilə bağlı çoxsaylı müraciətlər daxil olub.

 

Görüşdə UNEC-in bazasında yaradılacaq Gənc Alimlər Məktəbi geniş müzakirə edilib. O.Utkin bildirib ki, dünya səviyyəli universitet olmaqda iddialı olan UNEC-də bu məktəbin təsis edilməsi gənc alimlərə müasir tələblərə cavab verən elmi nəşrlərin və məqalələrin hazırlanmasına, elmi araşdırmaların keyfiyyətinin artırılmasına xidmət edəcək.

 

UNEC-də həm Azərbaycanın, həm də regionun digər ölkələrinin maraqlarına cavab verəcək Elmmetrik laboratoriyanın açılması, “Xəzəryanı ölkələrin iqtisadiyyatı” adlı elmi jurnalın nəşri ətrafında da fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192
avatar

Oxşar yazılar