"İşıq" qəzetinə həsr olunmuş sənədli filmin təqdimatı keçirildi
12 sentyabr 2014 14:55 (UTC +04:00)

"İşıq" qəzetinə həsr olunmuş sənədli filmin təqdimatı keçirildi

Mətbuat Şurasının təşkilatçılığı ilə Azərbaycanda ilk qadın nəşri olan «İşıq» qəzetinə həsr olunmuş “İşığın düşmə bucağı” sənədli filminin təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, təqdimat mərasimində çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, yeni film Şuranın milli mətbuat tariximizdə önəmli rolu olan mətbu nəşrlər, eləcə də tarixi şəxsiyyətlərlə bağlı çəkdiyi “Milli mətbuatımız, istiqlal yolumuz” silsiləsindən olan ekran əsəridir. İndiyədək Şuranın “O film” studiyası ilə birgə layihəsinin məhsulu olaraq dahi mütəfəkkirlər Məmməd Əmin Rəsulzadənin və Əli bəy Hüseynzadənin həyat və fəaliyyətindən bəhs edən filmlərin ərsəyə gətirildiyini deyən Ə. Amaşov götürülmüş xəttin davamlı olacağını vurğulayıb.

 

MŞ sədri deyib ki, “İşıq” qəzeti XX əsrin əvvəllərində cəmiyyətdə maarifçilik ideyalarının yayılmasında müstəsna rol oynayıb. Həmin dövrdə Azərbaycanın ziyalıları və mətbuatı müsəlman qadınının azadlığı uğrunda mübarizə aparmaq kimi məsul vəzifəni üzərinə götürmüşdü. Qadınların təhsil, ailə-nigah, sosial problemlərinin ictimai şüura çatdırılması yolunda gərgin əmək sərf edilirdi. Bu, o zaman olduqca çətin bir vəzifə idi: "Üzərindən neçə müddət keçməsinə baxmayaraq, "İşıq" örnəkdir. Baxmayaraq ki, nəşrin cəmi 68 sayı işıq üzü görmüşdü. Redaktoru Xədicə xanım Əlibəyeva Azərbaycanda ilk qadın redaktor kimi tarixə düşüb”. O, həmçinin filmin təqdimatının X.Əlibəyevanın doğma yurdu olan Şəkidə təşkilinin rəmzi məna daşıdığını deyib. X. Əlibəyevanın maarifçilik fəaliyyətinin əhəmiyyətli qismi Şəki ilə bağlı olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar