Rektor “ASAN xidmət”lə tanış oldu
15 mart 2013 12:25 (UTC +04:00)

Rektor “ASAN xidmət”lə tanış oldu

Martın 14-də Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunun (TODAİE) rektoru Eyyub İsbirin başçılıq etdiyi nümayəndə heyəti   Bakı 1 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Xidmətdən Lent. az-a verilən məlumata görə, görüş zamanı dövlət agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlar barədə geniş məlumat verib. O bildirib ki,  “ASAN” xidmət  ölkədə dövlət qulluqçusu - vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsini təmin etmək məqsədilə yaradılıb.

 

Qonaqlar iki qardaş dövlət arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan söhbət açıblar. Yeni yaradılmış  Dövlət Agentliyinin bu əməkdaşlıqda xüsusi yer tutacağına ümid etdiklərini bildiriblər. “ASAN xidmət” mərkəzində yaradılmış şəraitlə tanış olan qonaqlar əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndiriblər.

 

Görüşdə həmçinin Dövlət Agentliyinin elmi potensialının inkişafı ilə bağlı birgə layihələrin həyata keçirilməsinə dair  fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792
avatar

Oxşar yazılar