Həyat üçün yaradılıb sloqanı ilə 125 ildir, istehsal etdiyi funksional məhsullarını istehlakçılara təqdim edən Bosch, eyni zamanda “daha yaşanıla biləcək bir dünya” düşüncəsini də özünə prinsip olaraq qəbul etmişdir. Bosch bu məqsədlə həm istehlakçılarını məlumatlandırmaq həm də daha yaşanıla biləcək bir gələcək xəyalını həyata keçirmək məqsədiylə ətraf mühitə duyarlı texnologiyalar yaratmağı bir istehsal fəlsəfəsi olaraq mənimsəməkdədir.
İstehsal və ARGE çalışmalarını daha az enerji sərfiyyatı, daha az su, daha az təbii qaynaq istifadəsi üzərinə quran Bosch, enerji səmərəliliyi sahəsindəki uğur səviyyəsini gün keçdikcə daha yüksəklərə daşımaqdadır.
Təbii qaynaqları mühafizə edərək istehsal olunan Bosch Green Texnologiya məhsullarının keçdiyimiz illərdə Orta Asiya və Qafqaz regionunda təqdimatı və çatdırılması çalışmalarını uğurla davam etdirən Bosch, ətraf mühit haqqında maarifləndirmənin gənc nəsillərdən başlayaraq mümkün olacağına inanır. Bu məqsədlə həyata keçirilən, Bosch Green Day tədbiri uşaqlara ətraf mühit haqqında maarifləndirməklə yanaşı ailələrinin də ətraf mühit barəsində diqqətlərini çəkmək məqsədini daşıyır.
17 May 2013 günü Azərbaycanın Bakı şəhərində yerləşən 20 nömrəli məktəbdə "Bosch Green Day" tədbiri üçün nəsillər ilə bir yerə gəldi. Tədbir, görüşmə günündən təxminən 10 gün əvvəl "Gələcəkdə dünyanı necə görürsünüz?" mövzulu rəsm yarışması ilə başladı. Məktəbin Konferans zalında həyata keçirilən tədbirə tələbələrin marağı böyükdü. Bosch-un xüsusi olaraq hazırladığı "Ətraf mühit və təsərrüf" mövzulu qısa filmin nümayişi ilə proqram başladı. Bu layihə üçün xüsusi olaraq vəzifələndirilmiş qrupun film ilə paralel olaraq uşaqlara məlumat verməsi, interaktiv olaraq uşaqların şəxsi düşüncələrini paylaşmaları və öyrənmək istədiklərini soruşmaları ilə film nümayişi davam etdi.
Ətraf mühit və təsərrüfat mövzusunda tələbələrin marağı olduqca yüksəkdi. Film nümayişinin ardından rəsm yarışmasında dərəcə qazanan tələbələrə hədiyyələr verildi. Bosch Marketinq Müdiri Alper Şengül uşaqlara hədiyyələrini təqdim edərkən rəngli anlar yaşandı.
Tədbirdə məktəb tələbələrinin səhnə alaraq, evdə necə daha təsərrüf edə biləcəyinin izah edildiyi hissə böyük maraq gördü. Bosch-un uşaqlar üçün xüsusi olaraq hazırladığı ətraf mühit haqqına maarifləndirmə mövzulu hekayə kitabları və müxtəlif hədiyyələrin uşaqlara verilməsi və iştirak sertifikatlarının uşaqlara paylanmasının ardından "Ağac Əkmə" tədbirinə davam edildi.
Tədbirdə iştirak edən bütün uşaqlar, Bosch qrupunun və təşkilata dəstək olan Məktəbin İdarə Heyətinin iştirakı ilə hazırlanmış Ağac Əkmə tədbirində bir yerə gəldi. Məktəb bağçasında həyata keçirilən tədbir ilə uşaqlar "Ətraf Mühit Haqqında Maarifləndirmə" ilə bağlı öyrəndiklərini tətbiq etmə fürsətindən yararlandılar.
Green Day tədbirinin yaxın günlərdə didər ölkələrdə və müxtəlif məktəblərdə də həyata keçiriləcəyini bildirən Bosch Marketinq Müdiri Alper Şengül "Daha yaşana biləcək bir gələcək" xəyalının, yeni nəsillərin yetişdirilməsi və ətraf mühit barəsində maarifləndirilməsi ilə həyata keçirilə biləcəyini vurğuladı və bu barədə təhsil quruluşlarının verəcəyi dəstəyin, layihələrin fəaliyyəti və səmərəliliyi baxımından ayrı bir önəminin olduğunu vurğuladı.