Unibank Azərbaycan bank bazarı üçün bir yeniliyə imza atdı. Müştərilərə xidmət səviyyəsini daim yaxşılaşdırmağı qarşısına məqsəd qoyan Unibank, ölkə bank bazarında ilk dəfə olaraq yeni kommunikasiya kanalından istifadə etməyə başlayıb. Layihə bank müştərilərinə səsli mesajların çatdırılmasını nəzərdə tutur. Səsli mesajlarla müştərilərə onların kredit ödənişi tarixi, ödəniş kanalları, digər xidmət və məhsullar haqda məlumat veriləcək. Unibank 33 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün
həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir. Qeyd edək ki, Unibankda kredit ödənişləri çox asan olub. İndi bütün Unibank müştəriləri kreditləri poçt şöbələrindən, MilliÖn ödəniş terminallarında, hesab.az saytında, Unibankın cash-in ödəniş terminallarında və unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az)
və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank – hər kəsin bankı.