Indi burada malları Bolkart-la alıb 12 aya hissə-hissə ödəmək mümkündür.
Samsung mobil telefonlarının Azərbaycandakı rəsmi distribyutoru - “İntegral” şirkətinin “İntegralPlus” satış şəbəkəsinə məxsus Samsung Store brend mağazasında yeni möhtəşəm kampaniya keçirilir. Azərbaycanın ən populyar kredit kartı - Bolkart sahibləri Samsung Store-da iyul ayının sonunadək güzəştli alış-veriş edə bilərlər. Kampaniya ərzində Bolkart-la alınan məhsulun dəyərini əlavə xərcsiz 12 ay ərzində ödəmək mümkündür. Beləliklə, Bolkart sahibləri Samsung Store brend mağazasında son model mobil telefonlar, audio və video texnika, planşet kompüterlər, müxtəlif aksessuarlar və digər mallar ala bilərlər. Qeyd edək ki, Bakı şəhərinin mərkəzində, 28 May küçəsi, 20 ünvanında yerləşən Samsung Store mağazasında Samsung brendinin geniş çeşidli müasir model xətti, həmçinun, zəngin aksessuar seçimi təklif olunur. Bütün bunlarla müştərilər komfortlu şəraitdə, yüksək səviyyəli xidmətlə, rahat şəkildə tanış ola bilirlər. Üstəlik, Samsung brend mağazasında müasir nümayış (demo) zonası mövcuddur. Demo-zonada təqdim olunan modelləri dizayn, funksionallıq baxımından qiymətləndirmək, istənilən opsiyaları yoxlamaq, ən yeni məhsulları sınaqdan keçirmək, məhsulların fərqli və üstün tərəflərini açıqlayan texniki xüsusiyyətlərə dair peşəkar məsləhət almaq olar.
Samsung Store müştərilərin seçim imkanlarını genişləndirmək üçün daim səy göstərir. Halhazırda Samsung Store mağazasında malları Bolkartla nağd qiymətinə alıb - 12 aya hissə-hissə, əlavə xərcsiz ödəmək mümkündür. Xatırladaq ki, Bolkart kredit kartı alınan malın dəyərini 1, 3, 6 və 12 aya bölüb hissə-hissə ödəməyə imkan verir.
Əlavə məlumat üçün əlaqə nömrəsi *9494.