Siz qadına nəyi yaraşdırmırsınız? Ya da icazə vermirsiniz? Qadınlara qadağanızın nə dərəcədə dəstək tapması sizə məşhur Amerika avtomobil brendi Dodge-dan hədiyyə qazandıra bilər.
Xəbərdarlıq edək ki, rəqabət çox güclüdür. Çünki 21-ci əsrdə yaşamağımıza baxmayaraq, qadına “olmaz!”lar kifayət qədər çoxdur. Hətta qadınlar özləri də bu müzakirədə iştirak edirlər – özlərinə rəva bilmədikləri işləri, hərəkətləri yazırlar.
Qadınlara qadağalarla bağlı müzakirələrin aparıldığı səhifə (www.deyil.az) Dodge avtomobil brendinin Genna Baku reklam agentliyinə hazırlatdığı facebook tətbiqetməsidir. 3 nəfər qalib qadağası ən çox müzakirə olunan və 20-dən artıq bəyənmə yığan şəxslər arasından seçiləcək. Qaliblərin qadın və ya kişi olmasının isə fərqi yoxdur.
Dodge əzələli və sürətli avtomobilləri ilə məşhur olan brenddir. Azərbaycanda avtomobil bazarının liderlərindən sayılan Auto Azerbaijan şirkəti tərəfindən təmsil olunur.