Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya klinikasında yeni cərrahin metodun
tətbiqinə başlandı. Cərrah-uroloq Rəşad Məmmədovun dediklərindən : “Klinkamizda yeni tətbiq etdiyimiz metod – “Video-assisted mini laparoscopic surgery –VAMS” adlanır. Bu metod dunyada ilk dəfə Koreya Respublikasında tətbiq olunub . Urologiyada daha çox rekonstruktiv əməliyyatlarda istifadə olunur. Biz də bu metodu böyrəyin kasa-ləyən-sidik axarı seqmentinin daralmalarında istifadə etdik . 2-3 sm-lik kəsiklə, lazım gəlsə, optik cihazların istifadəsi ilə əməliyyat icra edilir. Kəsik kiçik olduğu üçün, buna müvafiq olaraq, orqanizmə vurulan travma da minimal olur və xəstə 1-2 günə evə yazılır. Metodun üstünlüyü də bundadır. Onu da deyim ki, klinkamızda urologiyanın bütün sahələrində minimal invaziv, laparoskopik, endoskopik və lazer texnologiyaları tətbiq edilir.”
Xatırladaq ki, Rəşad Məmmədov Azərbaycanda ilk LAPAROSKOPİK NEFREKTOMİYA
(qapalı yol ilə böyrək çıxarma) əməliyyatını icra edən cərrahdır.