(R) JALƏ brendi "Gül Paradında" Azərbaycanı təmsil etdi
29 aprel 2013 12:45 (UTC +04:00)

(R) JALƏ brendi "Gül Paradında" Azərbaycanı təmsil etdi

Gilan Qəbələ Konserv Zavodu öz məhsullarını xarici istehlakçılar arasında daha da geniş tanıtdırmaq məqsədilə həyata keçirdiyi kampaniya çərçivəsində aprelin 25-də Hollandiyanın Harlem şəhərində keçirilmiş ənənəvi Gül Paradında iştirak edib. Builki Gül Paradının adı "Bon Appetit!" ("Nuş olsun!") idi. Adından bəlli olduğu kimi, paradın mövzusu sırf qida sənayesi ilə bağlı idi. 

 

Jalə brendinin PR Meneceri Tamilla Abdullayeva bu haqda təəssüratlarını bizimlə bölüşdü: "Paradda Avropanın müxtəlif ölkələrini təmsil edən 50-dən artıq şirkət iştirak edirdi. Təkərli platformaların üzərində müxtəlif güllərdən istifadə edərək məharətlə işlənmiş kompozisiyalar göz oxşayırdı. Bu gözəlliyin içində "Jalə" ekspozisiyası öz nəfis tərtibatı ilə xüsusi yer tuturdu: əlvan güllərdən hazırlanmış meyvələr, xüsusi zövqlə işlənmiş Azərbaycan bayrağı və milli geyimdə çıxış edən qızların rəqsi paradın "tamaşaçı rəğbəti" mükafatına layiq görüldü. 

 

Maşınlar Nordveyk şəhərindən Harlemə qədər 40 kilometrlik yolu qət etməklə yol uzunu düzülmüş bir milyona yaxın tamaşaçılara gözəl kompozisiyalar, canlı orkestr musiqisi və gül ətrilə unudulmaz anlar və xoş ovqat bəxş etdi". 

 

Tədbirdə Azərbaycan xalqının dostu, Niderland parlamentində Xocalı soyqırımının tanınması üçün 1 milyondan artıq imza toplamış "Azərbaycanın Holland Dostları" cəmiyyətinin sədri, xanım Marion van der Vegt iştirak edərək Azərbaycan məhsulunun Niderlandda tanıdılması üçün görülən işləri bəyəndiyini söylədi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1086
avatar

Oxşar yazılar