(R) İnfipro İnc. şirkətinin beynəlxalq inteqrasiyasının uğurlu addımları
20 may 2013 11:46 (UTC +04:00)

(R) İnfipro İnc. şirkətinin beynəlxalq inteqrasiyasının uğurlu addımları

Bu ilin may ayının 15-də Moskva şəhərində RVİA-nın Ümumi İllik İclası keçirilib. Rusiya Vençur Investisiya assosiasiyası (RVİA) üzvlərinin Ümumi iclası RVİA-nın Ali idarəetmə orqanı sayılır.

 

İllik iclas “Prezident” otelinin Dairəvi Zalında qapalı şəraitdə keçirilib. İclasda 2012-ci ilin nəticələri, 2013-cü il üçün nəzərdə tutulmuş işlər, ötən ilin büdcəsi və Assosiasiya qarşısında duran vəzifələr müzakirə olunub.

 

 Lakin gündəliyin əsas məsələsi – RVİA-ya yeni üzvlərin qəbulu idi. Əvvəlcə RVİA-ya üzv olmaq istəyənlər bu ilin mart ayında keçirilən Administrativ Iclas şurasının razılığını almalı idi. Yalnız bundan sonra onlar Ümumi İllik İclasda iştirak edə bilərdilər. Administrativ iclasdan keçən şirkətlərin sayı 4 idi. Onlardan biri - Infipro Inc. – ölkəmizdəki ilk vençur kapital şirkətidir.

 

 Azərbaycan Vençur fondu böyük marağa səbəb olmaqla yanaşı, həmçinin müzakirələr zamanı  bir sıra suallar yaratdı. Şirkəti təmsil edən Leyla Rəhimova Infipro fəaliyyəti, nailiyyətləri, həmçinin gələcək planlar və perspektivlərlə bağlı ətraflı məlumat verdi. Müzakirələr zamanı RVİA üzvləri Infirpo Inc. fəaliyyətinin, həm Azərbaycan Respublikası ərazisində, həm də Rusiya Federasiya ilə əməkdaşlıqda yaxşı perspektivini aydın şəkildə gördülər. Yekdilliklə Rusiya Vençur Investisiya assosiasiyasının üzvlüyünə şirkətin qəbulunun məqsədəuyğunluğu ilə bağlı qərar qəbul olundu.

 

 Hazırda Infipro Inc.-la əməkdaşlıq etməkdə maraqlı olan və onun komandası ilə əlaqə saxlayan, öz fikir və layihələrini yaxın zamanda rəhbərliyə təqdim etmək üçün hazır olan Rusiya  və xarici fond və təşkilatları az deyil.

  

Qeyd etmək lazımdır ki, RVİA Beynəlxalq bazara inteqrasiya, bütün vençur dünyası ilə bağlı böyük ambisiyalarınızın həyata keçirilməsi, həmçinin xarici təcrübənin ölkə bazarına cəlb edilməsi üçün yaxşı start meydançasıdır.

Həmçinin qeyd etmək lazımdır ki, Infipro Inc. üçün çox əhəmiyyətli hadisə olan – şirkətin RVİA-nın üzvlüyünə qəbul olunması ilə yanaşı, Assosiasiya həmçinin Türkiyədə 2013-cü ilin 16 may tarixində keçirilən böyük tədbirdə iştirak etdi – “Startup Istanbul Conference”.

Bu gün Türkiyədə internet-bazar çox aktiv şəkildə inkişaf edir. Bununla əlaqədar Türkiyə internet startapları investorların daha da aktiv marağına  səbəb olur.

Hər il yüzlərlə yeni şirkət dünya iqtisadiyyatına qoşulur və orada öz yerlərini tutur. Türk bazarı da çoxlu gənc sahibkarları ilə vençur sənayesi və iqtisadiyyatı üzrə dünya sahibkarlarının diqqətini özündə cəmləşdirib. 

Etohum tərəfindən təşkil olunmuş “Startup Istanbul Conference”-ın keçirilməsinin məqsədi – bütün dünyanın internet-şirkətlərini və investorlarını bir meydançada yığmaq idi. Böyük nailiyyətlərə imza atmış şirkətlər təcrübələri ilə bölüşdülər və yeni başlayanlara dəyərli məsləhətlərini verdilər, uğur əldə etmək vasitələri haqda danışdılar. Həmçinin Startup Istanbul arenasında çoxlu investorlar («Melek Yatirim» kimi təkcə Türkiyə aparıcı investisiya şirkətləri deyil, həm də dünya bazarının müvəffəqiyyət qazanmış sahibkarları da) iştirak edib və öz maraqlarını bildirdilər.  

Tədbirdə Infipro Inc. ona rəhbərlik edən direktor Eldar Abbasov tərəfindən təmsil olunub. Konfransda çıxış edərək, Eldar Abbasov diqqəti ən perspektivli layihələrə çəkib, eksponent şirkətlər və vençur sənayesi nümayəndələri, həmçinin investorlarla bir sıra əhəmiyyətli görüşlərdə iştirak edib. Görüşlər zamanı yaxın gələcək üçün qarşılıqlı əlaqə planı qurulub.   

Infipro Inc. nailiyyət və qazandığı uğurlarla kifayətlənmir, özünün təsir və aktiv iştirak sahəsini genişləndirməkdə davam edir. Bu gün ölkəmiz üçün strateji əhəmiyyət daşıyan böyük layihələrin reallaşdırılması üzərində iş gedir. 

# 442
avatar

Oxşar yazılar