(R) Huawei 7 modelini Azərbaycan bazarına  çıxarır
05 iyul 2013 14:15 (UTC +04:00)

(R) Huawei 7 modelini Azərbaycan bazarına çıxarır

İyul ayının 3-dən etibarən Huawei Technologies  Azərbaycanda rəsmi distributoru olan Mobitel şirkəti ilə birlikdə planşetlərin və smartfonların yeni modellərinin satışına başladı. Telekomunikasiya həlləri üzrə dünya lideri Huawei Technologies mobil telefonların satış həcminə görə də dünyada ən böyük 3 şirkətdən biridir.

 

Planşetlər:

 

Huawei-in MediaPad planşetləri 3 model ilə satışa təqdim ediləcək. 3G 42Mbps dəstəkli MediaPad 10 FHD modelini 425 manata əldə etmək mümkün olacaq.  10 düyümlük planşet FULL HD dəstəklidir.

 

Planşet Google Android 4.0 (Ice Cream Sandwich) əməliyyat sistemi və 1.2 GHz-lıq Quad-core

Cortex-A9 prosessoru ilə təchiz olunmuşdur. Planşetin daxili yaddaşı 8, 16, 32 və 64 GB-dək olur; eyni zamanda 32 GB-dək microSD kartlardan istifadə etmək olar.

 

Digər Planşet modeli isə MediaPad 10 Link-dir. Növbəti 10 düyümlük planşetin satış qiyməti isə

345 manatdır. HD & Full-view-angle Display-ə malik planşetin  əməliyyat sistemi Android, v4.0

(Ice Cream Sandwich)-dir və Jelly Bean şərti adlı v4.1-ə yüksəltmək mümkündür. MediaPad 10

FHD kimi 10 Link də eyni yaddaş imkanlarına malikdir.

 

MediaPad 7 Lite planşeti isə 7 düyümlük ekran ölçüsü ilə daha  kompakt planşet sevənlər

üçün nəzərdə tutulub. 3G dəstəkli planşeti 215 manata əldə etmək mümkündür. 8GB daxili yaddaşa malik planşeti microSD kartlardan istifadə edərək yaddaşını 32 GB-dək yüksəltmək

olar. Android, v4.0.4 (Ice Cream Sandwich) əməliyyat sisteminə malik planşetin  prosessoru 1.2

GHz Cortex-A8-dir.

 

Smartfonlar:

 

Huawei-in bazara çıxacaq yeni smartfonu Ascend Mate 420 manatdan alıcılarını gözləyəcək.

2 GB daxili yaddaşa malik smartfon microSD ilə 32 GB-a qədər yüksəltmək olar. 6.1 düyümlük

ekran isə Gorilla Glass örtüyə malikdir. Android, v4.1 (Jelly Bean) əməliyyat sisteminə malik

telefonun proqram interfeysi Huawei-ə “Emotion UI”dir.  8 MP, LED flash dəstəyi və avtofokus

kameraya malikdir.

 

Huawei-in Honor 2 smartfonu da gələn ay bazara çıxanlar arasındadır. Android, v4.0.x (Ice

Cream Sandwich) əməliyyat sistemi ilə gələcək telefonun qiyməti 290 manatdır. 4.5 düyümlük

ekran 720 x 1280 həllolma əmsalına malikdir.

 

Ascend G510 modeli isə satışa iki rəngdə - ağ və qara olaraq təqdim edilir. 4.5 düyümlük telefon

165 manatdan satışa təqdim ediləcək. 4GB daxili yaddaşa malik smartfonu digərlərində olduğu

kimi microSD ilə 32 GB-a qədər yüksəltmək mümkündür. Android v4.1 (Jelly Bean) əməliyyat

sisteminə malik telefonun prosessoru Qualcomm MSM8225 Snapdragon-dur.

 

Yeni modellər arasında ən ucuzu Ascend Y300 modeli 150 manatdan satışa təqdim ediləcək.

Ağ və qara modelləri olacaq telefon 4 düyümlük ekrana malikdir. 4GB daxili yaddaşı 32 GB-a

qədər microSD vasitəsilə yüksətmək mümkündür.

Yuxarıda qeyd olunan bütün planşet və  smartfonların ən böyük üstünlüyü Android mobil

əməliyyat sistemi üzərində işləməsidir. Android, Linux əməliyyat sistemi əsaslı mobil və PDA-lar üçün inkişaf etdirilmiş açıq qaynaq kodlu əməliyyat sistemidir. Google və Open Handset Allience əməkdaşlığı ilə ərsəyə gəlib.  

 

Androidin son versiyaları, çoxlu-vəzifə (multitasking), çoxlu – toxunuş (multitouch) dəstəyi

ilə birlikdə gəlməkdədir. Sistem VGA, 2D qrafik arxivlər, OpenGL ES 1.0 əsaslı 3D Qrafik

arxivlərinə və ənənəvi telefon çıxışlarına son dərəcə asan uyğunlaşma təmin edir.Məlumat

yığma məqsədli SQLite istifadə edilməkdədir. Android, GSM, Bluetooth, EDGE, 3G və WiFi funksiyalarını dəstəkləyir. Həm SMS, həm də MMS dəstəyi var. Adroid-in veb səyyahı (browser) açıq qaynaq kodlu WebKit application framework üzərinə qurulmuşdur. Android,

MPEG-4, MP4, H. 264, MP3 və AAC, AMR, JPEG, PNG, GIF kimi səs, video, şəkil formatlarını dəstəkləməkdədir.

 

Play Store vasitəsi ilə yüz minlərlə proqram əlavəsinə çatmaq telefon sahibləri üçün çox asan

olur. Günümüzdə sıx istifadə olunan sosial şəbəkələrə - Facebook, Twitter, Youtube və s.

Müxtəlif oyunlara bu telefonlar vasitəsi ilə rahat çatmaq mümküdür.

 

Huawei mobil cihazlarında Emotion UI interfeysini istifadə edir. Huawei tərəfindən inkişaf

etdirilən bu interfeys Android təcrübəsini daha yaxşı hiss etməyə kömək edir. Emotion UI ilə

birgə gələn "Smart Tutorial" funksiyası yeni istifadəçilərə telefonu necə istifadə edəcəklərini

göstərir. Digər sahələrdə isə fərdiləşdirməyə və sadəliyə əhəmiyyət verilir. "Me Widget" ən sıx

çatılan məlumatları və funksiyaları tək, xüsusiləşdirilə bilən bir qovluq içində yığır.

Huaweinin Emotion UI interfeysini hər ay təkmilləşdirib xüsusi yeniləmələr yayımlayacaq.

Məhsulları Magnit mağazalar şəbəkəsində və digər mobil telefon mağazalarında əldə edə

bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1835
avatar

Oxşar yazılar