World-ə üzv olan ticarət obyektlərinin hamısı kampaniyada iştirak edir. Kampaniya mart ayının 1-dən 10-a kimi keçirilir və müştərilərə çox sərfəli imkanlar yaradır. Belə ki, World-ə üzv olan istənilən ticarət obyektindən Siz alış-veriş edirsiniz və ödəməyə 2 ay sonra başlayırsınız.
Siz gərginlik yaşamadan gözəl əhval-ruhiyyə ilə, qənaət etmədən, öz doğma qadınlarınıza bayram hədiyyələri ala bilərsiniz, ödəməyə isə 2 ay sonra, yəni may ayında başlayacaqsınız. Worldcard sahibləri eyni zamanda Worldcard-a üzv olan istənilən dükanlardan müxtəlif hədiyyələr ala bilər. Məsələn, Worldcard-a üzv olan dükanların birindən Fransız ətri alırsınız, sonra digər ticarət obyektindən başqa bir hədiyyə, həmçinin Worldcardla üzv gül dükanlarından gözəl gül dəstəsi bağlatdırırsınız, ödəniləcək məbləğ isə sizi maraqlandırmır, çünki 8 Mart hədiyyələrinin pulunu may ayında ödəməyə başlayacaqsınız. Beləcə əvvəlki illərdən fərqli olaraq bu bayram sizin üçün əsl bayrama çevriləcək.
Restoran ödəmələrində 25%-ə qədər bal hədiyyə.
8 Mart kampaniyasına əlavə olaraq, martın 8-dən 10-a kimi Worldcard istifadəçiləri rahatlıqla xanımlarını Worldcard-a üzv olan restoranların birinə romantik şam yeməyinə və ya ailəvi şam yeməyinə dəvət edə bilərlər. Bununla yanaşı, Siz əlavə bonuslar da toplayacaqsınız. Bu imkanı Sizə məhz Worldcard tərəfindən verilir. Worldcard-ın əməkdaşlıq etdiyi 25-dən çox məşhur restoranlarda 25%-ə qədər bal qazanmış olacaqsınız. Məsələn, Siz Worldcard-la restoranda 100 manat xərcləyirsiniz və 25 manat Sizə bal şəklində geri qaytarılır. Qazanılan bu ballar isə təkcə restoranda yox, Word-a üzv istənilən ticarət obyektində xərclənə bilər. Beləliklə, Worldcard-ın köməkliyi ilə sizin özəl gününüz təkrarolunmaz və yaddaqalan olacaq.
Worldcard sərhədsiz və 1-cidir!
Sərhəd tanımayan Worldcard yalnız ölkəmizdə deyil, Türkiyə, Rusiya və Dubayda da müştərilərimizin rahat alış-veriş edib hissə-hissə ödəmə imkanı yaradır. Bundan başqa, Worldcard ilə dünyanın hər yerində Master Card loqosu olan istənilən ticarət obyektində rahat-rahat alış-veriş etmək mümkündür.
Sonda qeyd edək ki, Yapı Kredi Bank və Worldcard qısa zamanda – 4 ay ərzində 35.000-dən artıq (!) vətəndaşa xidmət etmək kimi ağır bir işin öhdəsindən layiqincə gəlir. Hazırda 900-dən artıq ticarət obyekti ilə çalışan «Worldcard» bu göstəriciyə görə Azərbaycanda birincidir.