(R) Hamı dəblə geyinsin! – Romantic-dən dəbə yeni baxış
29 may 2013 10:29 (UTC +04:00)

(R) Hamı dəblə geyinsin! – Romantic-dən dəbə yeni baxış

“Hamı dəblə geyinsin!» Bu, Azərbaycanın dəb brendi Romantic-in yeni sloqanı və konsepsiyasının ifadəsidir. Belə bir çağırışla brend iddia edir ki, artıq dəblə geyinmək maddi imkan deyil, hər kəsin seçimidir. 

 

Kolleksiya çeşidini daha da genişləndirən Romantic indi 20-dən artıq məşhur türk brendini Azərbaycanda müstəsna təmsil edir. Bu brendlər arasında Adil Isik, De Facto, Miss Poem, AVVA, NCS və başqaları var. Belə geniş seçim hətta dəbə ən tələbkarların da kaprizlərini qarşılayır.

 

Romantic geyim və aksessuarları hər bir şəraitdə dəbli görünmək istəyənlər üçündür. İstər gündəlik - sərbəst, istər işgüzar - klassik, istərsə də kokteyl - təntənəli üslublarda Romantic-dən cazibəli obrazlar yaratmaq mümkündür.    

 

Qiymətlərin münasibliyi modanı maddi imkanla məhdudlaşdırmır. Romantic-də sərfəli qiymətə tam bir geyim dəsti əldə edərək, necə deyərlər, başdan-ayağadək geyinmək olar. Ən son dəb trendləri əks etdirən Romantic kolleksiyasının nümunələri istənilən beynəlxalq brendin geyim və aksessuarlarına asanlıqla uyğunlaşır.

 

İnsanların dəbə baxışını dəyişən brend mağazalarında da dəyişiklik etməyə başlayıb. Yeni konsepsiya ilə hazırlanan Romantic mağazaları maddi imkanından, gəlir səviyyəsindən asılı olmayaraq, hər kəsin həvəslə şopinq edə biləcəyi məkandır. 28 Mall-da, A.Nemətulla küçəsi, 52 (N.Nərimanov metrostansiyasının yaxınlığı) və Q.Qarayev prospekti, 8 (Neftçilər metrostansiyası yaxınlığı) ünvanlarında yerləşən Romantic mağazaları artıq yeni konsepsiya ilə qurulub.Marka loqotipini də yeniləyib.

 

Qeyd edək ki, 2007-ci ildən fəaliyyətdə olan Romantic Bakı və Azərbaycanın bölgələri, eləcə də Gürcüstanın Tbilisi şəhərində olmaqla, 20-dən artıq mağazaya malikdir. Belə geniş şəbəkə Romantic-ə ölkənin geyim sektorunda “Xalq brendi” adını daşımaq haqqı verir.

 

Romantic sosial şəbəkədə də istifadəçilərin rəğbətini qazanaraq, facebook-da 220 minə yaxın pərəstişkarı ilə Azərbaycanın ən çox bəyənilən geyim markasıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3937
avatar

Oxşar yazılar