(R) Bolkart və İdeal kart sahibləri üçün IDEAL-da bahar hədiyyəsi!
17 aprel 2013 10:51 (UTC +04:00)

(R) Bolkart və İdeal kart sahibləri üçün IDEAL-da bahar hədiyyəsi!

“Bank of Baku” və  “İdeal perfumery&cosmetics” şirkəti Bolkart və İdeal kobrend kart sahibləri üçün bayram kampaniyası elan edirlər. 17-21 aprel tarixlərində “İdeal” mağazalar şəbəkəsində 100 manatlıq alış-veriş edən kart sahibləri 20 manatlıq hədiyyə kartı alacaq. Eyni zamanda, kampaniya çərçivəsində ödəniş aylarının sayı 3 ay uzadılacaq, yəni alınmış malın dəyərini 6 aya deyil, 9 aya ödəmək mümkün olacaq. Beləliklə, hər bir Bolkart və İdeal kart sahibi Calvin Klein, Chopard, Hugo Boss, Dupont, Trussardi və dünya şöhrətli digər parfümeriya və kosmetika məhsullarını əldə edə bilər.

Xatırladaq ki, “Bank of Baku” və “İdeal perfumery&cosmetics”  şirkətinin kobrend kartı olan “İdeal” kartı ilə bu gün artıq  on minlərlə şəxs ən müasir parfümeriya məhsullarını əldə edir.

Azərbaycanın ən geniş yayılmış kredit kartı olan Bolkartla isə ölkəmizin 700-dən çox mağaza və ticarət mərkəzində alış-veriş edib, məhsulunun dəyərini bərabər hissələrlə 1, 3, 6 və 12 aya ödəmək olar. Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az , həm də “Bank of Baku”-nun hər hansı filialına baş çəkməklə sifariş etmək olar.

Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 757
avatar

Oxşar yazılar