“Bank of Baku” tərəfdaşı olan “Embawood” şirkəti ilə birgə yeni kampaniyaya start verir. Kampaniyadan hər Bolkart sahibi bəhrələnə bilər. Kampaniya çərçivəsində yalnız “Madeyra” mağazalarında 20 aprel 2013-cü il tarixinədək 1300 - 3500 AZN dəyərində alış-veriş edən hər müştəriyə müxtəlif hədiyyələr veriləcək.
Hədiyyələr aşağıdakılardan ibarətdir:
1300 – 2000 AZN arası alış-verişə görə - mətbəx robotu,
2000 – 3000 AZN arası alış-verişə görə - su filtrli tozsoran və ətçəkən,
3000 – 3500 AZN arası alış-verişə görə - paltaryuyan və ya 82 ekran LCD televizor,
və 3600 AZN – dən çox alış-veriş görə - soyuducu.
Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün “Madeyra” salonun 126, həmçinin “Bank of Baku”-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.