Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Best Solutions” şirkəti ilə əməkdaşlıq çərçivəsində mobil imza (Asan imza) xidmətini istifadəyə verir. İndi Bakcell abunəçiləri bu xidmət vasitəsilə öz kimliklərini təsdiq edə, elektron xidmətlərə çıxa və onlardan istifadə edə bilərlər.
Xidmət abunəçinin mövcud nömrəsində və ya yeni SİM kartda aktivləşdirilə bilər. Mövcud nömrədə “Asan imza” xidmətini aktivləşdirmək üçün abunəçi SİM kartın dublikatını almalıdır. Xidmətdən yararlanmaq istəyən abunəçi “Bakcell”in müştəri xidmətləri mərkəzlərinə müraciət edərək yeni “SİM kart” əldə edə bilər.
Hazırda “Asan imza” Vergilər Nazirliyinə aid olan vergi və başqa əməliyyat məqsədləri üçün istifadə olunur. Lakin xidmət bununla məhdudlaşmayacaq, gələcəkdə “Asan imza”dan istifadə imkanları genişləndiriləcək. Fiziki şəxslər, hüquqi şəxslər və dövlət orqanları (və yaxud onları təmsil edən şəxslər) Bakcell müştəri xidmətləri mərkəzlərinə öz şəxsiyyət vəsiqələrini və müvafiq dövlət qurumlarından məktub gətirməlidirlər. Abunəçi “Asan imza”nın aktivləşdirildiyi SİM kartı əldə etdikdən sonra mobil imza sertifikatını aktivləşdirmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə müraciət etməlidir.
Mobil imza xidmətinin aktivləşdirilmə və xidmət qiymətləri:
|
Sertifikat üçün 3 illik ödəniş |
1 aylıq abunə |
3 illik abunə |
SİM dublikatı üçün ödəniş |
Fiziki şəxslər üçün |
30 AZN |
0.50 AZN |
12.99 AZN |
3.54 AZN |
Dövlət orqanları üçün |
80 AZN |
0.50 AZN |
12.99 AZN |
3.54 AZN |
Sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər üçün |
154 AZN |
1 AZN |
24.99 AZN |
3.54 AZN |
“Bakcell”in korporativ abunəçiləri “Asan imza” xidmətini aktivləşdirərkən SİM kartın dublikatını pulsuz əldə edə biləcəklər.
“Biz mobil imza xidmətini Azərbaycanın telekommunikasiya sektoru üçün çox əhəmiyyətli bir gün olan “BakuTel 2013” sərgisində təqdim etməkdən məmnunuq. İndi Bakcell abunəçiləri “Asan imza” xidmətindən istifadə etməklə öz bizneslərinin səmərəliliyini artıra bilərlər. Bakcell öz biznes tərəfdaşlarına ən son texnologiyaları təqdim etməyi qarşısına məqsəd qoyub. Mobil imzanın istifadəsi asandır, o, istifadəçilər üçün təhlükəsiz və rahatdır. Biz inanırıq ki, bu xidmət vergi, maliyyə və digər əməliyyatları həyata keçirən Bakcell abunəçiləri üçün faydalı və rahat olacaq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
Asan imza e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyin təsdiqləməsi üçün mobil identifikasiyadır.