AccessBank öz müştərilərinin rifahını və rahatlığını düşünərək «Nağd Kreditlər» üzrə illik faiz dərəcələrini 3%-dək endirdiyini elan etdi! Bundan əlavə, kreditin məbləği 5 000 manatdan 10 000 manatadək artırılıb, kreditin müddəti isə 3 ilədək artırılıb. Faiz dərəcələrinin aşağı salınmasından sonra Banka ilk dəfə müraciət etmiş müştərilər illik 33%, təkrar müştərilər isə illik 29% faiz dərəcəsi ilə «Nağd Kredit» ala bilərlər. Xüsusilə qeyd etmək lazımdır ki, AccessBank kreditin verilməsi prosedurunu sadələşdirərək girov tələb etmir, həmçinin krediti iş yerindən arayış təqdim etmədən də almaq mümkündür.
AccessBank-ın Pərakəndə Bankçılıq və Əməliyyat Departamentinin direktoru Anar Həsənov, bu kampaniyanı şərh edərək dedi: «Biz müştərilərimizə nağd kreditlər üzrə daha sərfəli şərtlər təklif etməkdən məmnunluq duyuruq. Bu növ kredit üzrə faiz dərəcələrinin azaldılması daha çox sayda insana öz planlarını həyata keçirmək üçün imkan yaradır».
Bank maksimum dərəcədə sərfəli kredit şərtləri təklif etməklə müştərilərin maliyyə yükünü azaltmağa, kredit resurslarından istifadə imkanlarını asanlaşdırmağa və bu yolla da istehlakçıların həyat şəraitini yaxşılaşdırmağa çalışır. Hal-hazırda ölkədə kreditləşmə liderlərindən biri olan AccessBank-ın müxtəlif növ kreditlər: mikro və kiçik biznes kreditləri, aqrokreditlər və bütün növ istehlak kreditləri təklif edir.