Bu gün Üzeyir Hacıbəyov 69 c ünvanı, Hökumət evinin arxasında Qafqazın ən böyük xəz-dəri qalereyası olan, “Karolina Valiant” mağazasının açılışı olub. Lent. az-ın məlumatına görə, açılışda tanınmış teleaparıcı Zaur Baxşəliyev, aktrisa Vəfa Zeynalova, modellər və media nümayəndələri iştirak ediblər.
Açılışda çıxış edən aparıcı Z. Baxşəliyev şəhərin mərkəzində “Karolina Valiant” dükanının olmasının gərəkliliyindən danışıb: “ Bu yaxşı bir haldır ki, “Karolina Valiant” brendinə məxsus olan geyimləri əldə etmək istəyənlər uzağa getməyəcəklər. Bu brend artıq sınaqdan çıxdığına görə insanlar “Karolina Valiant”a üstünlük verir”.
Aktrisa V. Zeynalova da öz fikirlərini bölüşüb: “Söyləyəcəyim fikirləri həqiqətən “Karolina Valiant”nı bəyəndiyimə görə deyirəm. Həqiqətən xanımlar üçün çox gözəl çeşid xəz-dəri geyimləri var. Onları təbrik edirəm, uğurlarının ardı gəlsin. Artıq “Karolina”nı əldə etmək üçün uzağa getmək lazım olmayacaq. Elə indi bir neçə gödəkçəni geyindim, xoşuma gəldi”.
“Karolina Valiant”nın baş meneceri Tural Mehdiyev də açıqlamasında dükanının xanımlara yeni il hədiyyəsi olduğunu bildirib.