(R) “Bakcell”in “Mobil telekommunikasiya sahəsində karyera” layihəsi başa çatıb
06 iyul 2013 17:00 (UTC +04:00)

(R) “Bakcell”in “Mobil telekommunikasiya sahəsində karyera” layihəsi başa çatıb

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin Junior Achivement Azerbaijan (JAA) təşkilatı ilə birlikdə həyata keçirdiyi növbəti “Mobil telekommunikasiya sahəsində karyera” layihəsi başa çatıb.

2012-ci ilin iyul ayında start verilən layihə çərçivəsində Mingəçevir Politexnik İnstitutu, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetindən seçilmiş 45 tələbə ixtisaslaşdırılmış praktiki hazırlıq və stajkeçmə imkanı vasitəsilə işə hazırlıq, biznes etika, menecmentin əsasları və mobil telekommunikasiya biznesi üzrə təlimlərdə iştirak edib.

Təlimlərdən sonra layihənin ən uğurlu 15 iştirakçısı Bakcell şirkətinin Gəncə, Mingəçevir və Şəki şəhərlərində yerləşən müştəri xidmətləri mərkəzlərində staj keçərək müştəri xidmətləri şöbəsinin iş prinsiplərini, standart prosedur və qaydalarını öyrəniblər.

“Bakcell şirkəti insan resurlarının inkişafına böyük sərmayə qoyur. Mobil telekommunikasiya sahəsi Azərbaycanda nisbətən yeni sahədir və bu sahədə yerli mütəxəssislərin sayının artmasında çox maraqlıyıq. Eyni zamanda gənclərin bu sektora marağının böyük olması və öyrənməyə olan həvəsi də bizim üçün önəmli faktordur”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

Bakcell və JAA 2009-cu ildən başlayaraq davamlı şəkildə hər il “Mobil telekommunikasiya biznesinə giriş” adlı proqram həyata keçirir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə olaraq mobil telekommunikasiya biznesinə dair təlim vəsaiti hazırlanıb. 4 il ərzində layihədə 150-dən artıq tələbə iştirak edib.

 

Junior Achievement Azərbaycan təşkilatının icraçı direktoru Rəşad Xanlarov bildirib ki, layihədən əldə olunan biliklər sayəsində tələbələr yetkin qərarlar qəbul etməyə və düşünülmüş karyera seçiminə hazır olurlar: “Bakı şəhərində icra edilən pilot təşəbbüs hazırda olkənin regionlarını da cəlb etməkdədir. İnanıram ki, layihəmiz davamlı olacaq və respublikanın daha geniş ərazisində həyata keçiriləcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880
avatar

Oxşar yazılar