(R) “Albalı şopinq festivalı” başlayır
16 may 2013 13:42 (UTC +04:00)

(R) “Albalı şopinq festivalı” başlayır

Unibankın ALBALI kart sahiblərini böyük sürprizlər gözləyir. Mayın 20-dən başlayan və 28-dək davam edən Albalı şopinq festivalı çərçivəsində ALBALI kart sahibləri 28 MALL ticarət mərkəzindəki Zara, Mango, İdeal, Romantic və digər partnyor  mağazalarda  etdikləri bütün alış-verişlərdə, əlavə 3 ay taksit ilə ödəmə imkanı qazanacaqlar. Yəni mağaza tərəfindən ALBALI kartla dəyəri 6 aya ödənilən məhsul üçün, əlavə 3 aylıq taksit də Unibank tərəfindən hədiyyə edilir. Bundan başqa Unibankın 28 MALL-dakı seçilmiş partnyor mağazalarından ALBALI kartla ödəniş edənlərə müxtəlif endirimlər ediləcək,  hədiyyələr veriləcək. Bir sözlə, festival qatılan hər kəs hədiyyə qazanacaq.

 

Unibankın ALBALI kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən çox tələbat duyulan kart məhsuluna çevrilib. ALBALI kartı tamamilə pulsuzdur. Bu kart paytaxtdakı 700-dən artıq partnyor mağazada məhsul və xidmətlərin qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. ALBALI kartla alınan malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və hər ayın 1-dən 10-dək ödənilir. Məsələn, siz Unibankın partnyor-mağazasından120 manatlıq alış-veriş edirsiniz. Mağaza bu məhsulu 12 aylıq taksitlə satırsa, siz hər ay cəmi 10 manat ödəyirsiniz. Ödənişi Unibankın istənilən filialındakı Cash-in terminallarının köməyi ilə və ya www.unibank.az saytında onlayn aparmaq mümkündür.

 

Müştərilər ALBALI kartı  Unibankın istənilən filialından heç bir komissiya haqqı ödəmədən,  illik faiz dərəcəsi 0%  olan kreditlə, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 AZN-dək kredit cəlb etməyə imkan verən ALBALI kartı, bankomat vasitəsilə 200 AZN-dək nağd pulu almağı da mümkün edir.

 

ALBALI kartı sifariş etmək çox asandır. Kartı əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq və ya sizə ən yaxın olan filiala yaxınlaşmaq yetər.

 

Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından doldura bilərsiniz.

 

“Albalı” kartı ilə baglı bütün məlumatları  www.albali.az internet saytından, Unibankın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündü.

 

Bəs sizin çox-çox sərfəli ALBALI kartınız varmı?

 

ALBALI – çox-çox sərfəli kart.

 

Unibank – hər kəsin bankı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1203
avatar

Oxşar yazılar