Unibankın çox-çox sərfəli kartı Albalının 1 yaşı tamam olur. Albalının ad
günü ərəfəsində kart sahiblərini böyük sürprizlər gözləyir. Bu sürprizlərdən
biri artıq başladı. Bu gündən başlayan aksiya çərçivəsində iyul ayının həftə
sonlarında (şənbə və bazar günləri) 3 və ondan yuxarı taksitlə alış- veriş edən
müştərilərə əlavə olaraq Bankdan 3 taksit hədiyyə ediləcək. Məsələn: müştəri
mağazadan 3 ay ödəmə müddətli malı alır, lakin Banka 6 ay taksitlə ödəyir.
Bu gün Albalı kart Azərbaycanın nağdsız ödənişlər üzrə dövriyyəsində xüsusi
paya sahibdir. Mərkəzi Bankın ölkə üzrə nağdsız ödənişlərin dövriyyəsinə
dair açıqladığı məlumatda və təşkil etdiyi yarışmada Unibankın aprel ayının
nəticələrinə görə birinci yerə çıxmasında da məhz Albalı kart üzrə dövriyyə
mühüm rol oynayıb.
ALBALI kart sahiblərinin artıq öz virtual şəxsi kabinetləri də var. (https://
onlineservices.unibank.az/AlbaliInfo/index.jsp)
İndi hər bir kart sahibi istənilən vaxt həm də www.albali.az və ya www.unibank.az
saytına daxil olaraq, müştəri üçün yaradılan şəxsi kabinetdə verilən cədvələ
ALBALI kartındakı son səkkiz rəqəmi daxil etməklə, kartının tranzaksiyalarını
izləyə, borcları haqqında məlumat ala bilər.
Unibankın ALBALI kartı qısa müddət ərzində geniş əhali kütləsi arasında ən
çox tələbat duyulan kart məhsuluna çevrilib. ALBALI kartı tamamilə pulsuzdur.
Bu kart paytaxtdakı 700-dən artıq partnyor mağazada məhsul və xidmətlərin
qiymətini aylar üzrə hissə-hissə ödəmək imkanı verir. ALBALI kartla alınan
malın dəyəri bərabər hissələrə bölünərək, bir neçə ay ərzində (12 aya qədər) və
hər ayın 1-dən 10-dək ödənilir. Ödənişi Unibankın istənilən filialındakı Cashin terminallarında, MilliÖn paypointlərində, www.unibank.az və hesab.az saytında
aparmaq mümkündür.
Müştərilər ALBALI kartı Unibankın istənilən filialından heç bir komissiya haqqı
ödəmədən, tamamilə pulsuz olaraq ala bilərlər. 3 il müddətinə 3000 AZN-dək
kredit cəlb etməyə imkan verən ALBALI kartı, bankomat vasitəsilə 200 AZN-dək
nağd pulu almağı da mümkün edir. ALBALI kartı sifariş etmək çox asandır. Kartı
əldə etmək üçün sadəcə online sifariş anketini doldurmaq və ya sizə ən yaxın olan
filiala yaxınlaşmaq yetər. Sifariş anketini http://www.albali.az/sifarish-et/ ünvanından
doldura bilərsiniz.
“Albalı” kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, Unibankın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117 nömrəsindən öyrənmək mümkündü.
Bəs sizin çox-çox sərfəli ALBALI kartınız varmı?
ALBALI – çox-çox sərfəli kart.
Unibank – hər kəsin bankı