Akif Əli "fındıqbaş" sözünə görə üzr istədi - YENİLƏNİB
08 sentyabr 2017 12:54 (UTC +04:00)

Akif Əli "fındıqbaş" sözünə görə üzr istədi - YENİLƏNİB

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bu gün böyük müzakirələrə və etiraza səbəb olan açıqlaması ilə bağlı üzrxahlıq edib. Lent.az xəbər verir ki, Akif Əli feysbuk səhifəsində ona ünvanlanan görkəmli azərbaycanlı alim Lütfi Zadənin dəfni ilə bağlı məsələyə verdiyi reaksiyaya aydınlıq gətirib. Akif Əlizadə bunları qeyd edib:

“Hörmətli feysbuk istifadəçiləri!

ABŞ-da yaşayan və vəfat edən xalqın sevimli alimi Lütfi-Zadənin harada dəfn ediləcəyi ilə bağlı “Qafqazinfo” müxbirinin səhər-səhər hələ iş başlamamış, hələ qəzetlərlə, mətbuatdakı son xəbərlərlə tanış olmamış mənə verdiyi tələsik sualın tələsik cavabı haqlı narazılıq doğurub. Təəssüf edirəm ki, biz həmişə qarşılıqlı anlaşma şəraitində işlədiyimiz saytın müxbiri ilə telefonda bir-birimizi düz başa düşməmişik. Mən həqiqətən alimin dəfni ilə əlaqədar təfərrüatlara malik deyiləm. Və bunu bildirmişəm. Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin”!

 

*****

 

10:44

 

Azərbaycanlı alim Lütfi Zadənin artıq Azərbaycanda dəfn olunacağı dəqiqləşib. Onun ailəsi və yaxınları 10 gün müddətinə nəşin ölkəyə gətiriləcəyini bildirib. Alimin hansı məkanda dəfn olunacağı isə hələlik müəyyənləşməyib.

 

Lent.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşı bu suala cavab tapmaq üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əliyə müraciət edib. Amma rəsmi dövlət qurumunun təmsilçisinin suala cavabı sözün həqiqi mənasında redaksiyanı şoka salıb. Akif Əlinin cavabını təqdim edirik:

 

“Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanmıram. O fındıqbaş kişi məni maraqlandırmır. Xahiş edirəm, səhər-səhər  məndən belə şeylər soruşmayın. Yaxşı şeylər danışaq ki, günümüz yaxşı keçsin”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 245
avatar

Nizam Rza

Oxşar yazılar