Bakı Nəqliyyat Agentliyi Sabunçu-Zabrat yolunda hərəkətə mane olan halların aradan qaldırılmasına başlayıb.
Lent.az-ın xəbərinə görə, bu barədə qurumun sözçüsü Mais Ağayev məlumat yayıb. Mais Ağayev bildirib ki, paytaxt yollarında tıxac və digər problemlərin həlli istiqamətində layihələrin icrası davam etdirilir:
“Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı-red.) yerüstü piyada keçidinin yaxınlığında işlərə başlanılıb. Bu məqsədlə yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək. Bununla da günün pik saatlarında qeyd edilən yolda nəqliyyatın hərəkətində müşahidə edilən tıxacın aradan qaldırılması və sərnişinlərinin rahatlığının, eləcə də təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq”.