Sahil Babayev: "Əmək Bazarı üzrə Milli Observatoriya yaradılır"
04 iyun 2019 10:38 (UTC +04:00)

Sahil Babayev: "Əmək Bazarı üzrə Milli Observatoriya yaradılır"

 

"Prezident İlham Əliyev əməkhaqqı və pensiyaların artacağını bəyan edib. Biz növbəti illərdə də əməkhaqqı və pensiyaların davamlı artacağına əminik".

APA-nın məlumatına görə, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Sahibkarlar gününə həsr edilmiş "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" adlı konfransda çıxış edərkən bildirib.

S. Babayev deyib ki, əmək bazarının tənzimlənməsi, əmək münasibətlərinin inkişaf etdirilməsi, əmək resursları ilə yeni yaradılacaq iş yerləri arasında əlaqənin təmin edilməsi üçün Əmək Bazarı üzrə Milli Observatoriyanın yaradılmasına başlanıb: "Observatoriyanın əsas işi ölkənin əmək resursları ilə  əmək bazarının tələbləri arasında proqnozlaşdırma və əlaqələndirmə işlərinin görülməsidir. Biz inanırıq ki, işin bu şəkildə təşkili, əlaqələndirilmiş bütün dövlət qurumlarını iştirakı ilə sahibkarların ehtiyaclarını və imkanlarını nəzərə alaraq əmək bazarında daha əlaqələndirilmiş işi təmin edə biləcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703

Oxşar yazılar