DYPX Göygöldə reydlər keçirib
24 avqust 2016 14:32 (UTC +04:00)

DYPX Göygöldə reydlər keçirib

 

Dövlət yol polisi əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində, o cümlədən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməməsi ilə bağlı mütəmadi olaraq aparılan profilaktiki tədbirlərə baxmayaraq təəssüflər olsun ki, bir çox şəxslərin hələ də spirtli içki qəbul edərək nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə etmə hallarına rast gəlinir.  

 

Lent.az-ın məlumatına görə, dünən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin, Yol-Patrul Xidməti Alayının xüsusi bölüyünün əməkdaşları tərəfindən Göygöl RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ilə birlikdə Göygöl rayonu ərazisində keçirilən reydlər nəticəsində nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən 17 nəfər aşkar edilərək inzibati məsuliyyətə cəlb olunub.

 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə yol hərəkəti qaydalarının tələblərinə ciddi əməl etmələrini, o cümlədən nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə etmə hallarına son qoymağı tövsiyə edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494
avatar

Oxşar yazılar