(R) “Azerfon” və “Palmali” tərəfdaşlıq müqaviləsi bağladılar
08 oktyabr 2014 15:04 (UTC +04:00)

(R) “Azerfon” və “Palmali” tərəfdaşlıq müqaviləsi bağladılar

 

 

“Nar Mobile” ticarət nişanıyla fəaliyyət göstərən “Azerfon” şirkəti ilə “Pal Food” MMC, “Palmalife” MMC və “Xəzər Lənkəran” Futbol Klubu MMC arasında ikiillik tərəfdaşlıq müqavilələri imzalandı. 1 oktyabr 2014-cü il tarixdə qüvvəyə minmiş razılaşmalara əsasən, tərəflər öz üzərilərinə qarşılıqlı korporativ xidmət öhdəliyi götürdülər. Eyni zamanda, “Azerfon” şirkəti və “Xəzər Lənkəran” Futbol Klubu MMC arasında imzalanmış sponsorluq razılaşmasına görə, “Azerfon” şirkəti “Xəzər Lənkəran” Futbol Klubunun iştirakı ilə keçirilən bütün yarış və tədbirlərdə onun tərəfdaşı oldu.

 

Ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermiş bir holdinqlə imzalanmış bu razılaşmadan son dərəcə məmnun olduğunu ifadə edən “Azerfon” şirkətinin baş icraçı direktoru Kent Maknili, müxtəlif sahələrdə ixtisaslaşmış “Palmali” şirkətlər qrupunun uğurlu fəaliyyətini yüksək qiymətləndirdi. Son illər “Nar Mobile” mobil operatorunun nəzərə çarpacaq uğurlara imza atdığını xüsusi qeyd edən şirkət rəhbəri, Azərbaycanın biznes mühitində öz yeri və çəkisi olan ən iri holdinq və şirkətlərin artıq “Azerfon” ilə əməkdaşlığa başlamalarının bunun əyani sübutu olduğunu vurğuladı. 

 

 

Öz növbəsində, “Xəzər Lənkəran” Futbol Klubunun vitse-prezidenti Tuyqun Nadirov qeyd etdi ki, sözügedən müqavilələrin imzalanması qida sənayesi, turizm və idman sahələrində öz sözünü demiş müəssisələr və ölkənin aparıcı mobil operatoru arasında bütün səviyyələrdə uğurlu əməkdaşlığın təməlinin qoyulması anlamına gəlir. “Azerfon“ şirkəti və “Xəzər Lənkəran” FK arasında imzalanmış sponsorluq müqaviləsinin önəmliliyi xüsusi qeyd edilərək bildirildi ki, ölkənin ən böyük azarkeş kütləsinə malik klubu ilə “Nar Mobile” mobil operatoru arasında əməkdaşlıq hər iki tərəf üçün məhsuldar və effektiv olacaqdır.

 

# 643
avatar

Oxşar yazılar

Zaqatalaya dolu yağdı  - FAKTİKİ HAVA

Zaqatalaya dolu yağdı - FAKTİKİ HAVA

21 may 2024 , 16:35
Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

Mayın 5-də keçirilən imtahanın NƏTİCƏLƏRİ

21 may 2024 , 16:33
Hindistanda  anomal   istilər - FOTOLENT

Hindistanda anomal istilər - FOTOLENT

21 may 2024 , 16:11
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi

Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul etdi

21 may 2024 , 16:02
Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

Leysan və qar yağacaq, çaylar daşacaq - XƏBƏRDARLIQ

21 may 2024 , 15:46
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 may 2024 , 15:38
Azərbaycanda məktəb direktoru işdən QOVULDU

Azərbaycanda məktəb direktoru işdən QOVULDU

21 may 2024 , 15:09
Qədim dünyada qadınlar  - Rezonanslı ARAŞDIRMA

Qədim dünyada qadınlar - Rezonanslı ARAŞDIRMA

21 may 2024 , 14:32