"Bakı -2015”ə gənclərin dəstək festivalı
30 aprel 2015 13:24 (UTC +04:00)

"Bakı -2015”ə gənclərin dəstək festivalı

 

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Region gənclərindən İlk Avropa Oyunlarına yaradıcı dəstək” layihəsi çərçivəsində Mingəçevir şəhərində festival keçirib.  Lent.az-a verilən məlumata görə, festivalda region gəncləri yaradıcılıq imkanlarını nümayiş etdirməklə Azərbaycanın ev sahibliyi edəcəyi nüfuzlu beynəlxalq tədbirə ictimai dəstək veriblər.

 

 

Festivalda uşaq və yeniyetmələrin, eyni zamanda gənclərin iştirakı ilə idman oyunları, musiqi və rəqslər, tamaşalar, rəsm və əl işləri nümayiş etdirilib, gənclər arasında viktorinalar keçirilib. Sağlamlıq imkanları məhdud olan uşaq və yeniyetmələr də festivala qoşulub. Çıxış edən qonaqlar bildiriblər ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161

Oxşar yazılar