Bu gün “Təzəpir” məscidində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvası ilə Aşura günü münasibəti ilə könüllü qanvermə aksiyası keçirilir.
APA-nın verdiyi məlumata görə, saat 11:40-da QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, QMİ sədrinin oğlu Məhəmməd Paşazadə, nəvəsi Allahşükür Paşazadə, dini icma rəhbərləri qan veriblər.