[b]Paytaxt məktəbinə Kərim Kərimovun adı verildi[/b]
27 sentyabr 2017 00:04 (UTC +04:00)

[b]Paytaxt məktəbinə Kərim Kərimovun adı verildi[/b]

0

Bakı şəhəri 8 nömrəli tam orta məktəbə kosmonavtikanın inkişafında misilsiz xidmət göstərmiş general-leytenant Kərim Kərimovun adı verilib.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.

 

Bakı Şəhər İcra Hakimiyyəti və Təhsil Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Eyni zamanda “Azərbaycan SSR məktəbinin Əməkdar müəllimi A.S.Loginovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il 20 iyun tarixli 539 nömrəli qərarı ləğv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar