[b]Kəmaləddin Heydərov Beyləqanda vətəndaşları qəbul edib[/b]
24 may 2017 13:03 (UTC +04:00)

[b]Kəmaləddin Heydərov Beyləqanda vətəndaşları qəbul edib[/b]

0

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Beyləqanda vətəndaşları qəbul edib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Gənclər Mərkəzində keçirilən, nazirliyin müvafiq strukturlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda Beyləqan, Ağcabədi, FüzuliXocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətinə baxılıb.

 

Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

 

Qəbulda Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb, bununla əlaqədar vətəndaşlar arasında ətraflı izahat aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar