<b>Gəncə sakini:</b> “Dedilər sənə otaq verə bilmərik”
14 may 2014 10:42 (UTC +04:00)

Gəncə sakini: “Dedilər sənə otaq verə bilmərik”

Nazirlik: “Qanunsuzdir”

 

“Gəncədəydim, gecələmək üçün “Gəncə” otelinə getdim. Qeydiyyat şöbəsində kimliyimə baxdılar. Gəncə sakini olduğum üçün mənə gecə qalmağa otaq vermədilər”. Lent.az-ın məlumatına görə, bunu Gəncə sakini Musa Əliyev deyib. O, Gəncədə qeydiyyatda olsa da, Bakıda yaşayır. Gəncəyə qonaq gedən M. Əliyev oteldə qalmaq istəyib. Lakin oteldə qalmasına icazə verməyiblər.

 

Bu məsələ ilə bağlı “Gəncə” otelinə müraciət etdik. Rasim adlı şəxsi bizə bunun qanunla dəstəkləndiyini dedi. Həmin şəxsə ünvanladığımız “Əliyevə hansı əsaslarla otaq verilməyib?” sualımız isə cavabsız qaldı.

 

Mədəniyyət və Turizm Nazirliyi isə bu hərəkəti qanunsuz adlandırıb: “Harada qeydiyyatda olmasından asılı olmayaraq hər bir şəxs istədiyi oteldə sənəd təqdim edərək qala bilər. Otelin bu hərəkəti qanunsuzdur. Vətəndaş hüququnu pozulduğunu düşünürsə, məhkəməyə müraciət edə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1299
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar