[b]Gəncə-Naxçıvan-Gəncə aviamarşrutu üzrə uçuşlar bərpa ediləcək [/b]
Nazirlər Kabineti Milli Məclisin deputatlarının Gəncə-Naxçıvan aviareysinin bu il açılması təklifinə cavab verib.
ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Sənəddə qeyd edilib ki, Gəncə-Naxçıvan-Gəncə aviareysi üzrə uçuşların yerinə yetirilməsi üçün “Azərbaycan Hava Yolları” ASC-nin texniki imkanları mövcuddur. Bu uçuşların yerinə yetirilməsinin iqtisadi baxımdan uçuşların səmərəliliyinin artırılması və Cəmiyyət üzrə əlavə maliyyə itkilərinin qarşısının alınması ilə bağlı işlər görülür.
Qeyd olunan məsələlər həll edilərkən Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə uçuşların bərpa edilməsi 2019-cu ilin 2-ci rübünə planlaşdırılır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
1013