Azərbaycan baş nazirinin katibliyinin rəisi vəzifəsi yaradılıb.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin rəsmi saytında dərc edilən Nazirlər Kabineti Aparatının yeni strukturunda əksini tapıb.
Bu vəzifə Nazirlər KabinetiAparatının strukturuna daxildir. Baş nazirinin katibliyinin rəisi postuna hələlik təyinat olmayıb.
Qeyd edək ki, prezident İlham Əliyevin 23 avqust 2017-ci il tarixli fərmanına əsasən “Azərbaycan Respublikasının Nazirlər KabinetiAparatının strukturu” təsdiq edilib. Həmin strukturda baş nazirinin katibliyinin rəisi vəzifəsi olmayıb.