[b]Azərbaycanda qəbirləri dövlət qoruyacaq[/b]
29 dekabr 2017 13:21 (UTC +04:00)

[b]Azərbaycanda qəbirləri dövlət qoruyacaq[/b]

0

 

Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin statusu haqqında” qanunun 4-cü maddəsinə təklif olunan xüsusi abzas müzakirəyə çıxarılıb.

 

APA-nın məlumatına görə, abzasda deyilir ki, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qaydalara uyğun həyata keçiriləcək.

 

Layihəni təqdim edən komitə sədri Arif Rəhimzadə layihəni şərh edərək bildirib ki, indiyə qədər qəbirlərin qorunmasına dünyasını dəyişmiş şəxslərin yaxınları nəzarət edirdisə, artıq buna müvafiq icra hakimiyyəti cavabdeh olacaq.


Layihə səsə qoyularaq qəbul edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 482

Oxşar yazılar