[b]Azərbaycanda parlament televiziyası açılacaq?[/b]
06 may 2018 11:16 (UTC +04:00)

[b]Azərbaycanda parlament televiziyası açılacaq?[/b]

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycan Milli Məclisinin  keçirilən son plenar iclasında parlament televiziyasının yaradılması təklifinə münasibət bildirib. Lent.az xəbər verir ki,  Nuşirəvan Məhərrəmli Unikal.org-a açıqlamasında diqqətə çatdırıb ki, milli məclisdə səsləndirilən təklif təbii ki, müzakirə olunmalıdır: "Böyük dövlətlərin bir çoxlarında parlament televiziyaları var. Yəni, ərazisi, əhalisinin sayı çox olan ölkələrdə belə televiziyalar mövcuddur. Amma Azərbaycan kimi kiçik ölkələrdə dövlət və özəl televiziya kanallarının sayı kifayət qədərdir. Hesab edirəm ki, bizdə belə televiziya kanalının açılmasına ehtiyac görmürəm".

 

 

N.Məhərrəmli deputatlara yeni televiziya kanalının əvəzinə mövcud kanallardan istifadə etməyi təklif edib: "Fikrimcə, mövcud televiziya kanallarının potensiyalından istifadə edib, Milli Məclisdə gedən məsələləri daha geniş işıqlandırmaq olar. Yəni büdcədən maliyələşən kanallarda Milli Məclisə həsr edilən verilişlərin saatını daha da artırmaq olar. Bu kanallardan istifadə etmək daha məqsədəuyğun olardı. Çünki, yeni parlament kanalı açmaq özü dövlət büdcəsi üçün əlavə vəsait deməkdir. Azərbaycan kimi ölkədə, indiki dövrdə dövlət televiziyalarının bütün dünyada nisbətən azaldılması fonunda yeni büdcədən maliyələşən kanalın açılması biraz doğru olmazdı. Ona görə də, mövcud kanallardan bu məsələ üçün vaxt sayını artırmaq olar. Bununla da Milli Məclisdə televiziya kanalları ilə bağlı səsləndirilən boşluğu doldurmaq olar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434
avatar

Oxşar yazılar