<b>APA TV "Youtube"da canlı yayıma başlayıb</b>
03 aprel 2017 14:50 (UTC +04:00)

APA TV "Youtube"da canlı yayıma başlayıb

 

APA TV internet kanalı "Youtube" sosial şəbəkəsində canlı yayıma başlayıb. Tamaşaçılar gündəlik canlı yayımı APA TV-nin saytı ilə yanaşı (www.apa.tv) "Youtube" kanalında da (https://www.youtube.com/watch?v=5cfU8Wn4wOg) izləmək fürsəti qazanıblar. Artıq tamaşaçılar televiziyanın "Youtube" kanalına daxil olaraq ana səhifədə yerləşən canlı yayım bölümündən bütün proqramları canlı izləyə biləcəklər.

 

Qeyd edək ki, APA TV hər gün 14 saatlıq fasiləsiz canlı yayım həyata keçirir. Səhər 10.00-dan başlayan yayım axşam 24.00-da başa çatır. Gün ərzində tamaşaçılara ən son xəbərlər, gündəmin mövzularını əhatə edən çoxlu sayda proqramlar təqdim olunur.

 

Xatırladaq ki, tamaşaçılar APA TV-nin xəbərlər blokunu və proqramlarını televiziyanın "Facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsindən də (APATVOfficial/) canlı izləyə bilərlər.  

# 366
avatar

APA Baycan

Oxşar yazılar