[b]5 oktyabr - müəllimlərimizin günü necədir?[/b]
04 oktyabr 2016 19:56 (UTC +04:00)

[b]5 oktyabr - müəllimlərimizin günü necədir?[/b]

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. APA TV-nin "Manşet" proqramında bu günlə bağlı maraqlı müzakirə aparılıb. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov və 230 nömrəli tam orta məktəbin direktoru Elşən Qafarov aparıcı İlham Tumasın suallarını cavablandırıb.
 
Cəsarət Valehov - Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri:
 
- ­Təhsil Nazirliyi səmərəsiz xərcləmələrin qarşısını almaq istiqamətində müəyyən addımlar atıb,­ 2013-cü ildən başlayaraq görülmüş tədbi­rlər nəticəsində kolleclərdə pedaqoji ka­dr hazırlığının minimuma endirilib, əmək­ bazarında tələb olunmayan digər ixtisas­lar üzrə qəbul planı məhdudlaşdırılıb. Bir çox kolleclər eyni profil üzr­ə kadr hazırlığı həyata keçirir və bəzil­ərində peşəkar idarəetmə və müəllim heyəti ­ilə bağlı o qədər də yüksək keyfiyyət ol­madığından kadr hazırlığının keyfiyyəti ­qənaətbəxş hesab oluna bilməz.
 
- Müəllim Günü, həmçinin digər günlərlə bağlı neqativ hallarla rastlaşan şəxslər Təhsil Nazirliyinin “Qaynar xətt”inə anonim olmadan müraciət edə bilərlər. Bu halların hər biri araşdırılacaq. Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər.
 
- Uğurlu nəticə üçün qarşılıqlı ünsiyyət vacibdir. Bunun üçün də bu istiqamətdə əyər-əskiklərimizin, nələrin çatıb-çatmadığını bilməli, bunları aradan qaldırmaq üçün qarşılıqlı surətdə müzakirə etməliyik. Təhsilin keyfiyyətini artırmağın ən yaxşı yollarından biri məktəblərdə ailə sıcaqlığının yaradılmasıdır. Bunun üçün də elə etməliyik ki, Azərbaycan məktəbləri valideynlərlə qarşılıqlı surətdə, həm də yüksək səviyyədə işləyə bilsin.
 
- Bəzən məktəb-valideyn münasibətlərinə ayrı don geyindirənlər də olur. Məsələn, məktəbə köməklik göstərən, yardım edən valideynlərə başqa cür baxırlar. Bütün dünyada, elə ABŞ-da da, İngiltərədə də valideynlər məktəblərə müxtəlif ianələr verirlər. Bu o demək deyil ki, burada başqa nəsə var. Niyə biz bunu valideynin məktəbə bir yardımı kimi qəbul etməyək?!
 
***
Elşən Qafarov- 230 nömrəli tam orta məktəbin direktoru:
 
- Müəllimlərin günü bir gündən deyil, müəllim olduğu gündən başlayaraq hər gündür. Müəllimlik ilahi bir peşədir, ümumi mənasında bir sevgi var.
 
- Biz məktəb və valideynlərimizi birləşdirməliyik. Çünki ata-analarımız öz istiliklərini təhsil müəssisələrinə əxz etdirməlidirlər ki, uşaqlar məktəbə doğma baxa bilsin, özlərini ailə ortamında hiss etsinlər. Təhsil ümumxalq işidir, cəmiyyətin işidir. Bu işdə əməyi olan bütün valideynlərdən istəyimiz budur ki, bu özülün qoyulmasında öz köməkliklərini əsirgəməsinlər.
 
- Azərbaycan müəllimi həm peşəsinə həm sosial durumuna görə əvvəlki dövrdən fərqlənir. Müəllim işləmək istəyən hər kəs şəffaf şəkildə bu sahəyə gələ bilir. Yaradıcı müəllimlərin əməyinin bəhrəsini ortaya qoymaq üçün də çox münbit sərait yaranıb.
 
- Bizim məktəbdə Müəllimləır Gününü müəllimlərimiz üçün özümüz keçiririk. Axı, müəllim ən böyük təbrikə, mükafata layiq insandır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 283
avatar

APA TV

Oxşar yazılar