Sabah Bakıda 2 saat internet olmayacaq - DƏQİQ VAXT
0
0
İnternet təminatında fasilələr yarana bilər.
Lent.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Bakı Telefon Rabitəsi"ndən verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə "Bakinternet"in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.
Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.
0
0