3 Dekabr Beynalxalq Əlillər Günü münasibətilə “Azərkitab Kitab Təbliğatı Mərkəzi”ində “Xeyriyyə Aksiyası “ keçirilib.
Lent.az-ın məlumatına görə, xeyriyyə aksiyasında ziyalılar, alimlər və bir sıra sənət adamları iştirak edib.
“Azərkitab” Kitab Təbliğatı Mərkəzi”nin layihə rəhbəri Sabir Həsənovun təşəbbüsü ilə keçirilən aksiyada şəhid, qaçqın və məcburi köçkün ailələrinə dərsliklər, dəftərxana ləvazimatları hədiyyə edilib. Sabir Həsənovun bildirdiyinə görə, belə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.
Sonda “Azərkitab Kitab Təbliğatı Mərkəzi” nin layihə rəhbəri Mirisrafil Sabir Həsənova “Vətən Naminə” medalı təqdim edilib.