"Azərişıq" hava şəraiti ilə bağlı gücləndirilmiş rejimə keçdi
31 mart 2017 10:36 (UTC +04:00)

"Azərişıq" hava şəraiti ilə bağlı gücləndirilmiş rejimə keçdi

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti, o cümlədən güclü küləklə əlaqədar olaraq "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejiminə keçib.

 

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Lent.az-a açıqlamasında bildirib ki, qeyri-sabit hava şəraiti zamanı qəza baş verəcəyi ehtimal edilən ərazilər tam nəzarətə götürülüb.

 

T.Mustafayev deyib ki, bununla bağlı bütün regionlar, rayonlar, qəsəbə və ucqar kəndlərdə qurumun əməkdaşları gücləndirilmiş iş rejimində çalışır, maşın-mexanizmlər  hazır vəziyyətə gətirilib: “Son illərdə paylayıcı elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma və əsaslı təmir-tikinti işləri nəticəsində əhalinin fasiləsiz elektrik enerjisi ilə təchizatı üçün lazım olan bütün tədbirlər görülüb. Hər hansı bir ərazidə elektrik enerjisi verilişində problem yaranarsa, əməkdaşlarımız dərhal nasazlığı aradan qaldırmağa tam hazırdır".

 

Qurum nümayəndəsi qeyd edib ki, hazırda ölkə ərazisində elektrik enerjisinin verilişində heç bir problem yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar