Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Moskvaya gedəcək
29 noyabr 2017 11:24 (UTC +04:00)

Azay Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Moskvaya gedəcək

0

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 29-30 noyabrda Rusiyanın İctimai Palatasının dəvəti ilə Moskva şəhərində səfərdə olacaq. Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində Şura və İctimai Palata arasında ikitərəfli əməkdaşlıq məsələləri  və gələcək birgə fəaliyyət planı müzakirə ediləcək.

 

Nümayəndə heyətinə Azərbaycan Hüquqşünaslar Konfederasiyasını sədri və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli, Əmək Hüquqlarının Müdafiə Liqasının sədri və Şura üzvü Sahib Məmmədov, Azərbaycan Gənclərnin Avropaya İnteqrasiyası Təşkilatının sədr müavini və Şura üzvü Nərgiz Xələf, “Azərbaycan Rus Gənclər Assosiasiyasının” sədri Roman Boriskin, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov və Katibliyinin Beynəlxalq əlaqələr, analitik təhlil və ekspertiza bölməsinin məsləhətçisi Camal Əhmədov  daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar