Bu gün jurnalistlər və idmançı gənclər irsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün könüllü və təmənnasız qanvermə aksiyası keçiriblər. “Gənclərin Gələcəyə Addımı” İctimai birliyinin Lent.az-a verilən məlumata görə, Mərkəzi Qan Bankında keçirilən aksiyaya Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nəsimi Rayon Bölməsinin könüllüləri də qoşularaq dəstəkləyiblər.
Qeyd edək ki, aksiya “Gənclərin Gələcəyə Addımı” İctimai Birliyi və “Qan Donorları Assosiasiyası”nın təşkilatçılığı ilə keçirilib.