Rusiyadan gələn hərbçilər icra hakmiyyətində
16 oktyabr 2014 15:12 (UTC +04:00)

Rusiyadan gələn hərbçilər icra hakmiyyətində

Oktyabrın 16-da Rusiya Federasiyasının Xəzər Dəniz Donanmasının «Dağıstan» və «Qrad Sviyacsk» gəmiləri Azərbaycana rəsmi səfərə gələn nümayəndə heyətinin rəhbərliyi və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Səbail rayon İcra Hakimiyyətində olub. Lent.az-ın məlumatına görə, Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov qonaqları salamlayıb və onlara Bakının mərkəzi rayonu olan Səbailin stateji əhəmiyyət kəsb etdiyini bildirib.

 

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının Bakıya səfərə gələn nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Valeri Smirnov Azərbaycanın, xüsusi ilə də onun Silahlı Qüvvələrinin inkişafından danışıb və Rusiya Federasiyası ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsinin vacibliyini qeyd edib.

 

Digər çıxış edənlər Rusiya Federasiyası səfirliyinin hərbi attaşesi polkovnik Vladimir Çernenko, «Dağıstan» hərbi gəmisinin komandiri II dərəcəli kapitan Vüsal Miriyev hərbi dənizçilərin ölkəmizə səfərinin səmərəli olduğunu vurğulayıblar.

 

Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələrinin Komandanı, I dərəcəli kapitan Şahin Məmmədov qeyd edib ki, bu səfər ölkəmizin hərbi dənizçilərinin Rusiyaya rəsmi səfərinə cavabdır. Səfər çərçivəsində qonaqlar paytaxtın görməli yerlərini gəzəcək, şəhərin tarixi və mədəni abidələri, Azərbaycan Ali Hərbi dənizçilik məktəbindəki tədris prosesi ilə tanış olacaq, həmçinin dənizçilərimizlə futbol üzrə yoldaşlıq görüşü keçirəcəklər. 

 

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1098

Oxşar yazılar