Nazirlər Kabineti "Sovetski" ilə bağlı xüsusi iclas keçirəcək - <span style="color:red;">YENİLƏNİB
04 mart 2014 17:19 (UTC +04:00)

Nazirlər Kabineti "Sovetski" ilə bağlı xüsusi iclas keçirəcək - YENİLƏNİB

Bakının “Sovetski” məhəlləsindəki söküntü ilə bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında qaldırılıb.  Lent.az-ın məlumatına görə, iclasda çıxış edən deputat İqbal Ağazadə bildirib ki, evləri sökülənlərə verilən konpensasiya çox azdır.

O qeyd edib ki, konpensasiyaların miqdarına yenidən baxılmalıdır: “Heç olmasa evlərinin kvadratmetri az ollanlara ev verilsin. Yəni bu insanları isti yurdlarından çıxardaraq az miqdarda pul verməklə narazı kütlə yaratmağın nə anlamı var? Mən təklif edirəm ki, bu məsələ ilə bağlı parlament olaraq Nazirlər Kabinetinə müraciət edək və buna yenidən baxılsın”

Spiker Oqtay Əsədov  isə bildirib ki, bir – iki günə Nazirlər Kabinetinin bununla bağlı xüsusi  iclası olacaq və parlamentə nəticəsi bildiriləcək: “Mənə indi verilən məlumata görə, orada  heç kim məcburi köçürülməyəcək. İndi biz Nazirlər Kabinetinin iclasının nəticəsini gözləyirik. Lazım olarsa əlbəttə ki, parlament olaraq biz də bu barədə sözümüzü deyəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1439

Oxşar yazılar